banner
banner

Sosİal

Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi minaya düşüb.

Cia.az  “Haqqin.az”a istinadən xəbər verir ki, insident Kəlbəcər rayonunun Zülfüqarlı kəndində baş verib. 

 

Məlumata görə, sözügedən hərbçi Gəncədəki hospitallardan birinə çatdırılıb. Həkimlər hərbçinin ayağını amputasiya etməli olub.

***

Müdafiə Nazirliyindən bildirilib ki, bu gün Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi  istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb. Əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyyə edilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluq da minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.