banner
banner

Dünya

“Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan

“Bu, Türkiyə üçün rekorddur”

2021-ci ildə Türkiyənin ixrac həcmi $225,36 mlrd. təşkil edib ki, bu da respublika üçün rekord göstəricidir.

 

Cia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

“Əvvəlki illə (2020-red.) müqayisədə ixrac həcmi 32,9 faiz artıb və 225,36 milyard dollar təşkil edib. Bu, rekorddur”, - ölkə başçısı deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ticarətinin həcmi 87,6 milyard dollardan (2002-ci il) 496,7 milyard dollaradək (2021-ci il) artıb. Ölkənin xarici ticarət kəsiri ötən illə müqayisədə 7,8% - 45,9 mlrd.-dək azalıb, ixracın idxala nisbəti isə 83,1%-dək artıb.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.