banner
banner

İdman

“Barselona”nın yeni transferində koronavirus aşkarlandı

“Barselona”nın yeni transferində koronavirus aşkarlandı

İspaniyanın “Barselona” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

 Cia.az xəbər verir ki, Kataloniya təmsilçisində yeni transfer Ferran Torres və yarımmüdafiəçi Pedrinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların səhhətinin yaxşı olduğu və evdə karantinə alındıqları diqqətə çatdırılıb.

“Barselona” “Mançester Siti”dən transfer etdiyi Torresi dünən ictimaiyyətə təqdim etmişdi.

Kataloniya təmsilçisində daha öncə 10 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.