2021-ci il ərzində Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.
Cia.az-in yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər nazirinin müavini, nazirliyin sözçüsü İsmayıl Çataklı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, il ərzində bütün terror təşkilatlarından olan 1 140 terrorçu zərərsizləşdirilib. Çataklı həmçinin 2021-ci ildə 183 terror aktının qarşısı alındığını bildirib.
Sözçü narkotiklərlə mübarizə çərçivəsində isə 2021-ci ildə həyata keçirilən 215 min 228 əməliyyatda 293 min 905 nəfərin saxlanıldığını, 26 min 128 nəfərin həbs edildiyini vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.