banner
banner

Dünya

Makron yenidən prezidentliyə namizəd olmaq İSTƏYİR

Makron yenidən prezidentliyə namizəd olmaq İSTƏYİR

Fransa prezidenti Emmanuel Makron apreldə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb, lakin hələ ki özünü rəsmən namizəd elan etməyib.
Cia.az  xəbər verir ki, o bu barədə “Parisien” qəzetinin suallarını cavablandırarkən danışıb.

"Bəli, seçkilərdə iştirak etmək istəyirəm. Amma mən əmin olmalıyam ki, istədiyim qədər gedə biləcəyəm”, - deyə Makron bildirib.


Fransada prezident seçkiləri bu ilin aprelində keçiriləcək.


Artıq 3-dən çox namizəd, o cümlədən “Milli birlik” partiyasının sədri Marin Lö Pen, “Yenilməz Fransa” partiyasının namizədi Jan-Lük Melanşon, sağ mərkəzçi Respublikaçılar Partiyasından namizəd Valeri Pekres, 
jurnalist və yazıçı Erik Zemmur, Avropa Ekologiya-Yaşıllar Partiyasının namizədi Yannik Jado, Sosialist Partiyasının namizədi - Paris meri Ann İdalqo və Kommunist Partiyasının namizədi Fabyən Rusel də prezident seçkilərinə qatılacaqlarını bəyan ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.