Türkiyəli məşhurdan sevgilisi ilə bağlı iddialara CAVAB
Türkiyə şou-biznesinin məşhur simaları - aktyor Kerem Bursin və həmkarı Hande Erçelin reklam xatirinə sevgili olmaları geniş müzakirə edilir.
Sosial-şəbəkə izləyiciləri iddia edirlər ki, cütlük birgə çəkildiyi “Sen çal kapımı” serialının reytinqi düşdükdən sonra, sevgili olmaları xəbəri ilə gündəmdə qalmağa çalışıblar.
Kerem Bursin şou-biznes gündəminə çevrilən bu xəbərlərlə bağlı etirazını bildirərək, açıqlama verib:
“Mən münasibətdə realist adamam. Birlikdə olduğum insanla əylənməyi və onu güldürməyi xoşlayıram. Biri ilə münasibət qurmusunuzsa, tamamilə təbii olmaq vacibdir, süni olmağın doğru bir yol olmadığını düşünürəm”.
Qeyd edək ki, məşhurlar koronavirusa yoluxublar və birlikdə karantindədirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.