SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə”də yüksək vəzifəyə təyinat olub.
Cia.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2022-ci il 1 yanvar tarixindən etibarən Fuad İbrahimov “SOCAR Türkiyə”nin nəzdində təbii qazın paylanması, təbii qaz və elektrik enerjisi təchizatı, ticarət və topdansatış sahələrində fəaliyyət göstərən Təbii Qaz Biznes Bölməsinə rəhbər təyin edilib.
2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F.İbrahimov Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə”də Neft-Kimya Biznes Qrupunun direktoru kimi fəaliyyətə başladıqdan sonra Neft Emalı və Neft-Kimya Biznes Bölməsində, həmçinin Korporativ Mərkəzdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
“SOCAR Türkiyə” Təbii Qaz Biznes Bölməsinin prezidenti təyin edilən Fuad İbrahimov müvafiq bölmənin nəzdində fəaliyyət göstərən “Bursagaz”, “Kayserigaz” və “SOCAR Enerji Ticaret” şirkətlərinin idarəçiliyinə cavabdeh olacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.