Yanvarın 31-də ABŞ-ın Los-Anceles şəhərində də (Kaliforniya ştatı) keçirilməsi planlaşdırılan “American Music Grammy” mükafatlandırma mərasimi koronavirusun “Omikron” ştammının yayılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edilir ki, şəhər və dövlət orqanlarının, sağlamlıq və təhlükəsizlik mütəxəssislərinin, ifaçılar ictimaiyyətinin və çoxsaylı tərəfdaşların, səsyazma akademiyası və CBS telekanalının iştirakı ilə vəziyyət diqqətlə nəzərdən keçirdikdən və təhlil etdikdən sonra belə qərar verilib.
Tədbirin təşkilatçılarının verdiyi məlumata görə, 64-cü İllik “Grammy” mükafatının verilmə tarixi daha sonra açıqlanacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.