banner
banner

Hərbİ

Həzi Aslanov yad edildi- FOTOLAR

Həzi Aslanov yad edildi-

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə abidə önünə toplaşmış müharibə veteranları adından Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova "Veteranların qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim olunub.
Anım mərasimlərində Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.
Bayram tədbirləri Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də keçirilib.

dmq2


dmq3


dmq4


dmq5


dmq6

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.