Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov və Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
Cia.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
S.Xətibzadə deyib ki, Türkmənistan Prezidentinin səfərinə artıq hazırlıqlar başlayıb. "Bu ölkədən nümayəndə heyəti İranda səfərdə olub. Prezident Q.Berdimuhəmmədovun səfəri tezliklə baş tutacaq. Venesuela Prezidentinin də səfər tarixi tezliklə açıqlanacaq".
S.Xətibzadə İran Prezidenti İbrahim Rəsinin Rusiyaya baş tutacaq səfərindən də danışıb. "Bu səfər İran və Rusiya arasında əməkdaşlıq çərçivəsində baş tutacaq. Səfərdə həm ticarət məsələləri və həm də regional məsələlər müzakirə olunacaq. İran və Rusiya arasında əlaqələr yaxşı qonşuluq prinsipi əsasında qurulub”.
Qazaxıstanda baş verən proseslərə toxunan S.Xətibzadə baş verən prosesləri yaxından izlədiklərini və davamlı olaraq qazaxıstanlı dostlarla əlaqə yaratdıqlarını bildirib: "Düşünürük ki, Qazaxıstan xalqı ən az ziyanla bu problemi həll etmək iqtidarındadır. Bəzi əcnəbi ölkələrin müdaxiləsini müşahidə edirik. Bu gün Qazaxıstanda daha çox sabitlik yaranıb və ümid edirik tezliklə bu məsələ dinc yolla öz həllini tapacaq".
İran XİN sözçüsü Vyanada aparılan müzakirələrə də toxunub. "Davamlı olmayan və İranın etimad etmədiyi heç bir saziş müzakirə predmeti deyil", - deyə sözçü deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.