“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Cia.az-ın məlumatına görə, may ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.