banner
banner

Dünya

Erməni meyitində rus izləri

Erməni meyitində rus izləri

Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsini qətlə yetirməkdə günahlandırılan rus əsgər Valeri Permyakovun DNT-si hadisə yerindən tapılmış əşyaların üzərindən tapılıb. 
Məhkəmə genetika ekspertizası evdə tapılan siqaret kötüyünün üzərindəki DNT izləri ilə Permyakovun DNT-si ilə 99,99% üst-üstə düşür. Siqaret kötüyü Avetisyanların evindəki qaz plitəsinin üzərindən tapılıb. 

Analoji DNT izləri süngü bıçağının tiyəsində və dəstəyində, hərbi formada, süngünün kəmərində və AKS-74 avtomatında da aşkar edilib. 

İstintaq versiyasına görə, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün güllələnməsində günahlandırılır. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib. 

Hadisə Gümrüdə və İrəvanda Rusiya əleyhinə çıxışlarla yadda qalıb. Ermənilər Rusiya bayrağının yandıraraq Gümrüdən rus hərbi hissəsinin çıxarılmasını tələb ediblər. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.