“2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.
Cia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu sözləri İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev bildirib.
“Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - R.Mirzəliyev deyib.
O, bunları əlavə edib: “Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”.
Rəşid Mirzəliyev uşağının səhəttindən də söz açıb: “Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.