banner
banner

Dünya

İspaniya turizm qapılarını açır

İspaniya turizm qapılarını açır

İspaniyanın turizm sektoru COVID-19 pandemiyasının əmələ gətirdiyi təxminən iki illik böhrandan sonra tədricən bərpa olunur.

 


Cia.az xəbər verir ki, 2021-ci il İspaniyanın turizm sənayesi üçün ümidverici bərpa dövrü olub. Bu proses koronavirusun “omikron” ştamı səbəbindən qismən ləngiyib.

 


“Exceltur” İspaniya Turizm Peşəkarları Federasiyasının məlumatına görə, 2021-ci ildə İspaniyada turizm sektorunun gəlirlərinin həcmi 88,5 milyon avro təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 42,8 faiz aşağıdır. Beləliklə, 2021-ci ildə İspaniya iqtisadiyyatında turizmin çəkisi 7,4 faizə bərabər olub.

 


İspaniya pandemiyaya qədər olan göstəricilərə 2022-ci ildə tamamilə qayıtmağı ümid edir.

 


İspaniyanın turizm naziri Mariya Reyes Marotonun sözlərinə görə, turizm sənayesinin bərpasında hərəkətverici qüvvə İspaniyanın təbiət və turizm baxımdan görməli yerləri, həmçinin ölkədə yüksək vaksinlənmə səviyyəsidir (əhalinin 80,4 faizi).

 


İspaniyanın əsas rəqibi olan Türkiyə turistlərin sayına görə son illər ərzində ilk dəfə olaraq, 2021-ci ildə onu geridə qoyub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.