banner
banner

Dünya

Türkiyədə avtobus aşdı: 15 nəfər yaralandı

Türkiyədə avtobus aşdı: 15 nəfər yaralandı

Türkiyədə növbəti dəfə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza ölkənin ən iri vilayətlərindən olan Sivas bölgəsində qeydə alınıb.

Cia.az "Hürriyet"ə istinadla xəbər verir ki, Sivasın Koyluhisar bölgəsində magistral yolda sürücünün idarəetməni itirməsi nəticəsində içərisi sərnişinlərlə dolu avtobus aşıb.

Hadisə nəticəsində 15 nəfərin yaralanıb. Onlardan 4-nün vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəza nəticəsində ölkənin həmin istiqamətdəki bir neçə magistral yoluna müvəqqəti məhdudlaşdırılma tətbiq edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.