banner
banner

Mədənİyyət

Aydın Balayevin “Azərbaycan türkləri” monoqrafiyası nəşr edilib

Aydın Balayevin “Azərbaycan türkləri” monoqrafiyası nəşr edilib

 

 

Tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri” monoqrafiyası nəşr edilib.

JekoPrint Çap Evi tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub. 

 

Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşən Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb. Kitabda Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur. 

Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir.

Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.