"Fənərbaxça"nın sabiq futbolçusu Kristian Baroninin yeni klubu müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi futbolçu karyerasını ölkəsinin "Korintians" klubunda davam etdirəcək. O, yeni klubunda aylıq 127 min avro qazanacaq.
Qeyd edək ki, K.Baroni bu ilin avqustunda "Fənərbaxça" ilə yolları ayırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.