banner
banner

Sağlamlıq

Yeni virius ürəkbulanma, qusma ilə başlayır - ABŞ alimləri

Yeni virius ürəkbulanma, qusma ilə başlayır - ABŞ alimləri

Koronavirusun əvvəlki versiyalardan daha yoluxucu olan “Omikron” ştammının yayıldıqca simptomları da dəyişir.

Böyük Britaniyadan gələn son xəbərlərə görə sözügedən ştamma iki yeni simptom əlavə edilib.

“Omikron”a yoluxanlarda qusma və ürək bulanması ilə üzləşənlərin sayında artım olduğu bildirilir.

Dekabr və yanvar ayları arasında variantı tədqiq edən tədqiqatçılar vurğulayırlar ki, bu simptomlar virusa yoluxmaya işarə etsə də, mütləq koronavirusa yoluxma deyil.

Sözügedən simptomlar bir çox başqa xəstəliklərin nəticəsi də ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, virus yuxarı tənəffüs yollarına hücum edir.

ABŞ-da Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) də ürəkbulanma və qusmanı koronavirusun simptomları arasında qeyd edir.

Beləliklə, “Omikron”un əsas simptomları yenilənib: qızdırma və ya titrəmə, öskürək, nəfəs darlığı, yorğunluq, əzələ və ya bədən ağrıları, baş ağrısı, yeni dad və ya qoxunun itirilməsi, boğaz ağrısı, burun tutulması və ya burun axması, ürəkbulanma və ya qusma, ishal./



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.