Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.
AQTA-dan Cia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-yə məxsus “Burc Qala” restoranı;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Fazilova Nərminə Anatolu qızına məxsus “Kaffeine Coffee House” kafesi;
4. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus yeməkxana.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.