Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cia.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes-Benz” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes-Benz”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Cia.az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.