banner
banner

İdman

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək -FOTO

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək

 

 

21-22 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək. 

 

Cia.az xəbər verir ki, ənənəvi yarışda 30-dək klubu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

6-7, 8-9 və 10-11 yaşlı uşaqlar sabah, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi sabah saat 17:00-da başlanacaq.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.