banner
banner

Şou

Gülşən tənqidlərə belə cavab verdi

Gülşən tənqidlərə belə cavab verdi

Türkiyəli müğənni Gülşən konsertlərində açıq-saçıq geyindiyinə görə tənqid olunmasına cavab verib.

Cia.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.

“Bəli, mən bir ana-atanın qızı, bəli, bir kişinin həyat yoldaşı və bir uşağın anasıyam. Atasının qızı, bir kişinin həyat yoldaşı, bir uşağın anası olmaqdan savayı, mən ağlı və düşünmə bacarığı olan azad iradəyə sahib bir insanam. Bu statuslardan daha çoxuyam. Heç bir statusun köləsi deyiləm. Kiməsə aid deyiləm. Mən özüməm. Özümə aidəm”, - deyə o, paylaşımında qeyd edib.

İzləyicilərinin bir qismi Gülşənə haqq qazandırsa da, digər qismi onu tənqid edib, bütün bunları gündəmdə qalması üçün etdiyini yazıb.

Daha əvvəl Gülşənin musiqiçi həyat yoldaşı Ozan Çolakoğlu da xanımının açıq-saçıq geyinməsinə münasibət bildirmişdi: “Gülşənin geyimlərinə qarışmağım mümkün deyil. O, özünə nəyi yaraşdırırsa, geyinə bilər. İşini görür”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".