Bakıdan Ağdama getmək istəyənlər səfər arzusunu sabah reallaşdıra bilərlər. Belə ki, yanvarın 24-də baş tutacaq səfər üçün hazırda satışda biletlər var.
Cia.az xəbər verir ki, 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı işğaldan azad edilən ərazilər üzrə təyin olunmuş istiqamətlərə bilet alaraq səfər edə bilər.
Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10,40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.
Həmçinin, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.