banner
banner

İdman

Mançininin ümidi braziliyalılaradır

Mançininin ümidi braziliyalılaradır

Dünya çempionatının pley-off oyunlarına iki ay qalmış İtaliya yığmasının baş məşqçisi Roberto Mançini kadr problemi ilə üzləşib.

Cia.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu radikal şəkildə həll etmək niyyətindədir.

Mançini daha iki braziliya əsilli oyunçunu yığmaya cəlb etməyi düşünür. Bunlar "Latsio"da çıxış edən Luis Felipe və "Kalyari"də oynayan Joao Pedrodur. Hər iki oyunçunun qarşıdakı matçlarda millidən dəvət alacağı gözlənilir.

Qeyd edək ki, Luis Felipe və Joao Pedro Braziliyanın aşağı yaş qruplarından ibarət yığmalarına çağırılıb. Hazırda İtaliya seçməsinin formasını geyinən Jorjinyo və Emerson da Braziliya əsillidir. Son Avropa çempionu DÇ-2022-nin pley-off-unda martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.