banner
banner

İdman

Mario Balotelli 3 ildən sonra İtaliya millisinə qayıdıb

Mario Balotelli 3 ildən sonra İtaliya millisinə qayıdıb

Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə çağırılıb.

Cia.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Mançinin DÇ-2022-nin seçmə mərhələsinin pley-off matçları üçün dəvət göndərdiyi 35 oyunçu arasında 32 yaşlı hücumçunun da adı var.

Təcrübəli forvard 3 illik fasilədən sonra milli komandaya qayıdıb. O, sonuncu dəfə 2018-ci ilin sentyabrında Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) yığmanın formasını geyinib.

Qeyd edək ki, İtaliya millisi pley-off-da martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.