“Şəklimi onlara göstərərək deyib ki, Yaşar Nuri bu qadını çox sevib”
“Onun həyatını dəyişdiyi an mən yanında olmadım”.
Cia.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nuri haqda xatirələrini bölüşən həyat yoldaşı Rəhimə Nuriyeva “O üz” proqramında deyib.
Onun sözlərinə görə, 6 il ərzində sənətkarın xasiyyəti tamam dəyişmişdi: “Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün ışıqları söndürüb, telefonu çıxarırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşını tapmadım.Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim”.
Yaşar Nurinin qızı Ülkər Yaşarqızı isə atası ilə bağlı bunları xatırlayıb:
“Atamın sözü olanda belə bizə deməzdi. Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Biraz dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil”.
Xalq artisti Firəngiz Mütəllimova da Yaşar Nuri haqda xatirələrini bölüşüb:
“Tamaşaçılar bizi bizdən xəbərsiz evləndirmişdilər. Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm ki, hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.