Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyunlarına çıxacaq.
Cia.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Çexiyanın “Bohemians” komandası ilə qarşılaşacaq. Bu matç saat 12:00-da başlayacaq.
“Qarabağ” günün ikinci yarısında daha bir sınaq matçına çıxacaq. Komanda Polşa “Visla”sı (Krakov) ilə üz-üzə gələcək.
“Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirib. “Qarabağ” Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə (0:0) edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.