banner
banner

Sosİal

Eldəniz Səlimov vəkilindən İMTİNA ETDİ

Eldəniz Səlimov vəkilindən İMTİNA ETDİ

Həbsdə olan deputat Eldəniz Səlimov vəkili İlqar Əliyevlə müqavilə bağlamaqdan imtina edib.

Bu barədə Modern.az-a vəkil özü bildirib.

İ.Əliyev hazırda E.Səlimovun vəkili olmadığını vurğulayıb: “Onunla bağlı heç bir məlumat verə bilmərəm, mənimlə müqavilə bağlamayıb. Ancaq valideynlərindən məlumat ala bilərsiniz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Eldəniz Səlimov ötən il Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. Deputat bu əməlinə görə  3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurdu. İstintaq dövründə onun hüquqlarını vəkil İlqar Əliyev müdafiə edirdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.