banner
banner

Şou

Keremlə Hande ayrıldı

Keremlə Hande ayrıldı

Türkiyənin məşhur sevgili cütlüyü - aktyor Kerem Bursin və aktrisa Hande Erçel ayrılıb.

Cia.az “Posta”ya istinadən xəbər verir ki, Bürsinin barışma cəhdlərinə Erçelin qəti şəkildə mənfi cavab verdiyi deyilir.

 

Bürsin sevgilisi ilə barışmaq üçün yaxın çevrəsini də bu işə cəlb edib. Ancaq Erçelin dostlarına “Tamamilə bitdi, artıq dönüş yoxdur”, - deyə cavab verdiyi bildirilir.

Diqqət çəkən digər məqam isə ötən həftə Hande Erçelin sosial media fenomeni olan bacısı Gamze Erçelin doğum gününə Kerem Bürsinin qatılmamasıdır.

Qeyd edək ki, 2020-2021-ci illərdə yayımlanan “Sen çal kapımı” serialının çəkilişlərində tanış olan Erçel və Bürsinin sevgili olmaları xəbəri gündəm olmuşdu. Bu iddiaları uzun müddət rədd edən tanınmış cütlük ötən il birlikdə yollandığı Maldiv istirahətindən sosial şəbəkələrdəki paylaşımları ilə münasibətlərini bəyan etmişdi.

 

 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.