Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib. Atəşkəs 2 gündən sonra qüvvəyə minəcək. Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib. Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib. Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb. ABŞ dövlət katibi hutilərin tərəfdarlarını atəşkəsi qəbul etməyə çağırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.