banner
banner

Sosİal

Bakıda ərəb turistlər arasında insident olub

Bakıda ərəb turistlər arasında insident olub

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ərəb turistlərin kütləvi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Cia.az-a bildirilib ki, paytaxtın Nizami rayonunda gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami Rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - məlumatda qeyd edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.