banner
banner

Dünya

ABŞ Şərqi Avropaya qoşun göndərəcək

ABŞ Şərqi Avropaya qoşun göndərəcək

ABŞ hakimiyyəti yaxın zamanlarda Şərqi Avropaya və NATO ölkələrinə əlavə qoşun göndərmək niyyətindədir.

 


Cia.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Co Bayden bildirib.

 

Prezident jurnalistlərin Ukraynadakı vəziyyətlə bağlı yeni məlumatların olub-olmaması haqqında sualına “xeyr, son bir neçə saat ərzində yoxdur”, - deyə cavab verib.


Xatırladaq ki, yanvarın 24-də Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirmişdi ki, ABŞ Avropaya 8500 əsgər göndərməyə hazırdır, lakin yekun qərar hələ verilməyib. Onun sözlərinə görə, bunlar döyüş, kəşfiyyat, aviasiya, tibb və nəqliyyat bölmələri olacaq. Daha sonra – yanvarın 25-də Kirbi fikirlərinə CNN telekanalında aydınlıq gətirdi ki, ABŞ-ın NATO müttəfiqləri xaricində Avropada qoşun yerləşdirmək planları yoxdur.


Qeyd edək ki, son zamanlar Rusiyanın Ukraynaya potensial müdaxiləsi ilə bağlı iddialar Ukraynada və bütün Qərb ölkələrində tez-tez səslənir. Kremlin sözçüsü Dmitri Peskov bu cür xəbərləri boş və gərginliyin əsassız artırılması kimi qiymətləndirərək, Rusiyanın heç kim üçün heç bir təhlükə yaratmadığını vurğulayıb. Peskov bu cür iddialara haqq qazandırmaq üçün təxribatların baş verə biləcəyini qeyd edib və belə cəhdlərin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.