Millimizin Xorvatiyadakı oyunlarının təqvimi açıqlandı
Futzal üzrə Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Cia.az xəbər verir ki, 7-ci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiyanın Karlovats şəhərindəki “Mladost Arena”da keçiriləcək.
Komandamız martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.
16 mart
19:00 Belarus – Azərbaycan
17 mart
22:00 Xorvatiya – Azərbaycan
19 mart
19:00 Azərbaycan – Latviya
Qeyd edək ki, ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq. Sentyabrın 3-dən 10-dək İspaniyanın Əndəlüs vilayətindəki “Olivo Arena”da keçiriləcək final mərhələsində qalib adı uğrunda yenə səkkiz komanda iki qrupda mübarizə aparacaq.
Bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış ötən il keçirilməli idi. Amma COVID-19 pandemiyası ilə əlaqədar turnir bu ilə ertələnib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb