Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali Group” şirkətinin prezidenti Mübariz Mənsimov onun prezident Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesi barədə xəbərlər yayan “Deniz Haber” portalına qarşı məhkəmə iddiası qaldırıb.
Cia.az-ın Virtualaz.org saytına istinadən verdiyi xəbərə görə, bu haqda həmin portal özü məlumat yayıb.
Məlumatda deyilir ki, oliqarx Mənsimov “Deniz Haber”də yayımlanan iki xəbərə görə 200 min türk lirəsi məbləğində mənəvi zərər kompensasiyası tələb edir.
Azərbaycanlı milyarderin vəkili portalda ötən il və bu il yayımlanan “Mübariz Qurbanoğlu və Rza Zərrabın Bilal Ərdoğan sevgisi göz yaşardır” və “Mübariz Qurbanov topa kəllə vurdu” başlıqlı iki xəbərdə müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu və biznesinə zərər dəydiyini bildirir. İstanbul məhkəməsinə təqdim olunan ərizədə hər xəbər üçün 100 min türk lirəsi maddi təzminatt tələb olunur. Həmçinin cavabdehlər bu xəbərdə yer alan iddiaları təkzib edərək onun Türkiyədə ən çox tirajlı qəzetlərdən birində dərc edilməsini də təmin etməlidir.
“Deniz Haber”bundan əvvəl bildirmişdi ki, Mənsimovun Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə dair sübutları var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.