banner
banner

Sosİal

Yol polisindən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Yol polisindən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə xəbərdarlıq edib.

Cia.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Yol-nəqliyyat hadisələri içərisində diqqət çəkən məqamlardan biri də bu və ya digər səbəblərdən nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayandırılması zamanı öz təhlükəsizliklərinə biganə yanaşan sürücü və ya sərnişinlərin sol tərəfdən qapını açıb yerə düşərkən diqqətsizliyə yol vermələri və ona görə də ağır qəzaların qurbanlarına çevrilmələridir.

Hava və yol şəraitinə, məhdudiyyətli görünməyə, sutkanın işıqlı yaxud qaranlıq olmasına, nəqliyyatın hərəkət şiddətinə əhəmiyyət vermədən bir müddət avtomobili idarə etdikdən sonra yolun hərəkət hissəsində saxlayıb dərhal yerə düşən sürücülər, eləcə də sol tərəfdən avtomobildən düşən sərnişinlər, təəssüf ki, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını hansı təhlükəyə atdıqlarının fərqində olmurlar.

“Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu tələb sürücülərlə yanaşı sərnişinlərə də şamil olunur. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.

Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən insanların ölümü və ya xəsarət alması nəticələnən onlarla yol-nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətinə çatdırır və hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən ehtiyatlı olmağı, qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.