İtaliya nümayəndəsi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna favorit hesab olunur.
Bu barədə Cia.az “La Repubblica” qəzetinə istinadən xəbər verir.
Nəşr bildirib ki, bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir.
“İspaniya və Portuqaliya rəqib hesab oluna bilməz, çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqeləri tuturlar - ispaniyalı Josep Borrell vropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıdır, portuqaliyalı Antonio Quterreş isə BMT-yə rəhbərlik edir.
Eyni zamanda, İtaliya hökuməti hələ iyunda Madriddə keçiriləcək NATO sammitinə qədər təsdiq edilməli olan namizədi ilə bağlı qərar verməyib. Ənənəyə görə, keçmiş baş nazirlər NATO-nun baş katibi vəzifəsinə qəbul olunurlar. Lakin İtaliyanın keçmiş baş nazirləri Enriko Letta və Paolo Gentiloni namizəd ola bilməz. Birincisi yenidən qurulmalı olan Demokrat Partiyasına rəhbərlik edir və gələn il keçiriləcək parlament seçkilərində ciddi siyasi ambisiyaları var. Avropa Komissiyasında onun varisi Avropa fondlarından əhəmiyyətli maliyyə yardımı alan İtaliyaya daha az loyal ola biləcəyi üçün hazırkı İqtisadiyyat üzrə Avropa komissarı Gentiloninin namizədliyini sürmək Roma üçün sərfəli deyil. Matteo Renzi dəfələrlə NATO-nun baş katibi vəzifəsinə uyğun olmadığını bəyan edib ”, - məqalədə bildirilib.
Qəzet qeyd edir ki, böyük bir ölkədən nazir namizədliyi də məqbuldur. Namizədlər arasında keçmiş xarici işlər naziri və Avropa İttifaqının (Aİ) keçmiş xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini də var.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.