Gürcüstanda koronavirusun karantin müddəti azaldılır
Dünya praktikasını nəzərə alaraq, Gürcüstanın Səhiyyə Nazirliyi və Xəstəliklərə və İctimai Səhiyyəyə Milli Nəzarət İdarəsi təcrid müddətinin azaldılmasını müzakirə edəcək.
Müvafiq göstərişi İrakli Qaribaşvilinin rəhbərliyi ilə videokonfrans formatında keçirilən idarələrarası şuranın bu gün keçirilən iclasında Gürcüstanın baş naziri verib. Yeni qaydalara əsasən, koronavirus üçün özünütəcrid müddəti xəstəliyin gedişindən asılıdır. Xəstəliyin asimptomatik və ya yüngül formada keçdiyi halda, son sutka ərzində simptomların olmaması və təcrid müddəti bitdikdən sonra beş gün ərzində maska taxmaq şərti ilə özünütəcrid müddəti 8 gündür.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.