Bakı metrosunda sərnişin qatar yoluna düşdü - AÇIQLAMA
Bu gün metroda xanım sərnişin stansiya yoluna düşüb.
Cia.az xəbər verir ki, hadisə bu gün saat 21:54-də olub.
Belə ki, metronun “Dərnəgül” – “Həzi Aslanov” marşurut xətti üzrə hərəkət edən qatar “Azadlıq prospekti” stansiyasına daxil olan zaman xanım sərnişin stansiya yoluna yıxılıb.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu Az-a açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, xəsarət olsa da, xanım sağdır:
“Hadisə baş verən kimi dərhal tədbir görülüb. Təlimata uyğun, dərhal gərginlik çıxarılıb. TTY çağrılıb. Qadın stansiya yolundan çıxarılıb. 10 dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.