Rövnəq Abdullayev AFFA-dan gedir? - Rəsmi açıqlama
Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair fikirlər artıb.
Cia.az xəbər verir ki, Qol.az saytı məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib. O qeyd edib ki, Rövnəq Abdullayev hazırda AFFA-nın prezidenti kimi fəaliyyətini davam etdirir: “Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" – deyə AFFA rəsmisi bildirib.
F.Abdulla hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsinin gündəmdə olmadığını da bildirib.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb