Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bu barədə Milli Məclisdən APA-ya bildirilib. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub. Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur. Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.