Ombudsmanın nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar
Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Nazirlikdən Cia.az-a bildirilib ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər.
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.