Aktrisa Beren Saat sosial şəbəkədə öz anası və 2004-cü ildə avtomobil qəzasında dünyasını dəyişən uşaqlıq eşqi Efe Gürayın anası ilə çəkilmiş fotolarını paylaşaraq “Analar günü”nü qeyd edib. Aktrisa keçmiş sevgilisinin ad gününün də həmin tarixə təsadüf etdiyini yazıb: “Övladına sevgini, sərbəstliyi, qaydaları və xəyal qurmağı öyrədən bir ana var mütləq. Hamımızın arxasında həyatın hər yönündən əsən rüzgarlara qarşı çıxıb, qanadlarımız böyüyən zaman nəzakətlə həmin həyata itələyən bir qadın var… Bu günün qanadı qırıq idi yenə: Efenin ad günü “Analar günü”nə təsadüf etdi. Həyatımda çox önəmli izi olan bir Ana bu günə çox pis başladı. Nənəm də bizə sarılanda ürəyində cavan itirdiyi dayımın həsrəti var idi… Amma yaxşı ki, bu qadınlar bizə nümunə oldular və həyata mübariz başladıq biz! Ömrümdə izi olan bütün analara təşəkkür edirəm… Ad günün mübarək, Efem!”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.