banner
banner

Sağlamlıq

Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

Parasetamolun uzun müddət istifadəsi yüksək qan təzyiqi olan xəstələrdə ürək xəstəliyi və insult riskini artırır.

Edinburq Universiteti mütəxəssislərinin tədqiqat məlumatları belə deyir.

Mütəxəssislərin fikrincə, parasetamoldan müntəzəm istifadə ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artırır.

Əvvəllər məlum olub ki, parasetamol qəbulu qaraciyər xəstəliklərini kəskinləşdirə bilər. Bundan əlavə, dərman qırmızı qaşınma, şişkinlik və qabıqlı, allergik dəri xəstəliyinə də səbəb ola bilər.

Parasetamol, həm də ağrıkəsici olaraq tanınır və qızdırmanın yüngül, orta dərəcələrində geniş istifadə olunur.

Mərkəzi sinir sistemində siklooksigenazı (ferment) bloklayır, ağrı və termorequlyasiya (orqanizmdəki temperaturu tənzimləyən sistem) mərkəzlərinə təsir göstərir. İltihab əleyhinə təsiri isə praktiki olaraq yoxdur.

Parasetamol həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvəzolunmaz dərmanlar siyahısına, eləcə də Rusiyanın həyati və zəruri dərmanlar siyahısına daxildir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.