Partlayış baş verdi! Dünya savaşı da belə başlamışdı
Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verərək, atəşkəs xəttində vəziyyətin gərgin olduğunu, guya Ukrayna ordusunun təxribatlara hazırlaşdığını iddia edib. Həqiqətən atəşkəs xəttində partlayışın baş verdiyinə dair xəbərlər yayılır. Təxribat hazırlanır. Cia az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna gərginliyi ilə bağlı ən son məlumatlara münasibətində qeyd edib.
O bildirib ki, sanki Birinci Dünya Müharibəsinin astanasındayıq:
“O zaman da böyük dövlətlər bir-birlərini hədəf seçərək atəşi birinci kimin açacağını gözləyirdilər. Serb millətçisi Qavrilo Prinsipin 1914-cü ildə Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı öldürməsiylə düyməyə basıldı, on milyonların ölümünə səbəb olan müharibə başladı”.
Politoloq onu da xatırladıb ki, Vladimir Putin də daxil olmaqla, rusiyalı rəsmilər rəqib saydıqları ABŞ və NATO haqqında danışarkən, adətən “tərəfdaşlarımız” ifadəsindən istifadə edirlər:
“Bununla göstərmək istəyirlər ki, diplomatik etiketə uyğun danışırlar. Ancaq son zamanlar rusiyalı rəsmilər və əsasən də xarici işlər naziri Sergey Lavrov “anqlo-sakslar” ifadəsindən istifadə etməyə başlayıb. Bu ifadə ilə Kreml demək istəyir ki, Rusiya-Ukrayna gərginliyini hazırlayanlar London və Vaşinqtondadırlar”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.