banner
banner

Sosİal

Qəbələdə bazarda yanğın söndürülüb - Yenilənib

Qəbələdə bazarda yanğın söndürülüb - Yenilənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Vəndam qəsəbəsində baş vermis yanğınla bağlı məlumat yayıb.

Cia.az  nazirliyə istinadla xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 1 000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***

Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.

Cia.az-in Şimal-qərb bürosunun məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.

Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.