Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
Cia.az-ın məlumatına görə, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb.
"Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq", - məlumatda qeyd edilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.