Pakistanın Pəncab əyalətinin Sialkot şəhərinin Jungle Dera kəndindəki məscidə orta yaşlı bir kişinin girərək Qurana hörmətsizlik etdiyi iddia edilib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəni eşidən kənd sakinləri məscidin ətrafına toplaşaraq Qurana hörmətsizlik etdiyi iddia edilən şəxsi linç edərək öldürüblər.
Xatırladaq ki, Şri-Lankada fabrik müdiri Priyantha Kumar dekabrın 3-də Sialkotda dini qurban verdiyi iddiası üzündən bir qrup tərəfindən hücuma məruz qalaraq öldürülüb və cəsədi yandırılıb./Modern.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.