banner
banner

Sosİal

3-cü dozanı vurdurmayan sürücülərlə bağlı XƏBƏRDARLIQ - Sabahdan..

3-cü dozanı vurdurmayan sürücülərlə bağlı XƏBƏRDARLIQ - Sabahdan..

Sabahdan 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı tədbirlər görüləcək.

Cia.az xəbər verir ki, bunu trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Həmin qərara uyğun olaraq tədbirlər icra olunacaq.

Belə ki, qaydalara əməl etməyən sürücülərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

E.Hacıyev bildirib ki, karantin qaydalarının qorunması və gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət profilaktik tədbirlərin həyata keçirilməsi gündəlik işin əsas tərkib hissəsidir.

Qeyd edək ki bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Fevralın 15-dən isə COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.