banner
banner

Şou

“7 canlı” yenidən yarımçıq dayandırıldı

“7 canlı” yenidən yarımçıq dayandırıldı

Bu gün Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı növbəti dəfə yarımçıq dayandırılıb.

Cia.az xəbər verir ki, "ATV" kanalında nümayiş olunan verilişdə Xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayev qonaq olublar.

Proqram başladıqdan 1 saat 11 dəqiqə sonra, Vüsalə Əlizadənin reklam təqdimatı yarımçıq kəsilib. Daha sonra "7 canlı"nın  yerinə "Külləmə" adlı komediya şousu efirə gedib.

Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, ötən ay da "7 canlı" proqramının yayımı yarımçıq dayandırılmışdı. ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli isə Axşam.az-a açıqlamasında buna texniki problemin səbəb olduğunu bildirmişdi.Axsam.az





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.