banner
banner

Dünya

1200 metrdən düşən qadın sağ qalıb - FOTO

1200 metrdən düşən qadın sağ qalıb -

İngilis paraşütçü Viktoriya Cilliers hündürlükdən tullanarkən hər iki paraşütü açılmayıb. 

39 yaşlı qadın saatda 50 kilometr sürətlə 1200 metr yüksəklikdən yerə çırpılıb. Lakin təcrübəli paraşütçü düşmə zamanı sürətini azalda bilib və möcüzəli şəkildə sağ qalıb. Ağır yaralanan Viktoriyanın qabırğası, körpücük sümüyü və ayağı sınıb. Bütün bunlara baxmayaraq 3 həftəlik müalicədən sonra qadın evə buraxılıb.

Amma hadisə araşdırılan zaman baş verənlərin bədbəxt hadisə olmadığı üzə çıxıb. 

Belə ki, paraşütdə bəzi detalların çatışmadığı üzə çıxıb. Daha bir fakt isə o olub ki, paraşütlərin saxlandığı depoda bir gün əvvəl Viktoriyanın həyat yoldaşı onun əvəzinə imza atıb. Bundan sonra qadının əri həbs edilib. Viktoriya isə bütün yaşananlardan sonra vaxtilə orduda çavuş olan həyat yoldaşından boşanıb.


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.